Elmi tədqiqatların qrant əsasında maliyyələşməsi UNEC rektorunun 06 mart 2025-ci il, 90/1/2025 № əmri ilə 2025-ci ili üçün III Daxili Qrant Müsabiqəsinin nəticələri elan olunmuşdur. UNEC-də 10 beynəlxalq, 3 yerli və 9 universitet daxili qrant mövcuddur ki, bu da akademik heyətə elmi fəaliyyətlərini genişləndirmək və innovativ tədqiqat layihələrini həyata keçirmək üçün imkanlar yaradır.
UNEC Erasmus Creative Spark+, Jean Monnet və digər beynəlxalq layihələrdə iştirak edərək həm tələbələr, həm də tədqiqatçılar üçün elmi mobilizasiya, beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi imkanlarını genişləndirir. UNEC həmçinin Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələrində fəal iştirak edərək ölkədə elmin inkişafına mühüm töhfələr verir.
Bu təşəbbüs universitetdə elmi tədqiqatların maliyyələşdirilməsində yeni yanaşma formalaşdırmaqla yanaşı, UNEC-in tədqiqat yönümlü ali məktəb modelinə keçidi istiqamətində atılan mühüm addımlardan biri hesab edilir. Müsabiqəyə təqdim olunan 20-dən çox layihə arasından 6 ən innovativ və tətbiqyönlü layihə qalib seçilib.