Missiyamız: Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız mühəndislik və tətbiqi elmlər kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar, bitki və heyvan mənşəli qida məhsullarının müvafiq keyfiyyət standartlarına görə texniki kimyəvi nəzarəti eləcə də, təhlükəsizliyi araşdırılır.
Hədəflərimiz: Yaxın zamanlarda qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaqdır. Həmçinin magistraturant və doktorant namizədlər üçün nəzərdə tutulan tədqiqat mərkəzinin yaradılmasına dair tədbirlər görülür.