Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası

UNEC-in Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının qərarına əsasən yaradılan Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının 6 dekabr 2021-ci ildə  UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar tərəfindən açılışı olub.

Missiyamız: Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız mühəndislik və tətbiqi elmlər kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar, bitki və heyvan mənşəli qida məhsullarının müvafiq keyfiyyət standartlarına görə texniki kimyəvi nəzarəti eləcə də, təhlükəsizliyi araşdırılır.

Hədəflərimiz: Yaxın zamanlarda qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaqdır. Həmçinin magistraturant və doktorant namizədlər üçün nəzərdə tutulan tədqiqat mərkəzinin yaradılmasına dair tədbirlər görülür.

Последние новости

03 июня 2024
Aziz Sancar: “Azərbycanda ilk dəfə Ədalət müəllimin dəvəti ilə olmuşam”
19 января 2023
Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasının illik hesabatı dinlənilib

Связаться с нами

Ünvan: Bakı, Murtuza Muxtarov, 194 (III korpus, otaq 429)

Телефон

+(994) 12 492-57-31

Электронная почта

azizsanjarlab@unec.edu.az